Huawei HiSuite və Məxfilik haqqında bildiriş

Huawei HiSuite Huawei Device Co., Ltd. və onun qlobal alt şirkətləri (bundan sonra "Huawei", "biz", "bizə" və ya "bizim" adlandırılacaq) tərəfindən idarə olunan, məlumatların ehtiyat nüsxəsini və bərpasını, mobil cihazlarınız üçün sistem yenilənməsini və təkmilləşdirilməsini təmin edən məhsuldur (xidmətdir). Şəxsi məlumatlarınızın sizin üçün əhəmiyyətini başa düşürük və onları qorumaq üçün əlimizdən gələni edəcəyik. Şəxsi məlumatlarınızı qorumaq üçün mövcud sənaye təhlükəsizlik standartlarına uyğun qaydada müvafiq təhlükəsizlik tədbirləri görəcəyimizə dair vəd veririk.

Bu məhsuldan (və ya xidmətdən) istifadə etməzdən əvvəl Huawei HiSuite və Məxfilik haqqında Bildirişi oxuyub başa düşməyinizi xahiş edirik.

Burada bu məhsuldan (və ya xidmətdən) istifadə etməyə başlayarkən yetkin şəxs olduğunuzu bəyan edir və buna zəmanət verirsiniz. Azyaşlısınızsa, qəyyumunuz bu məhsuldan (və ya xidmətdən) istifadəniz və müvafiq şərtlər və müddəalar ilə razılaşmalıdır.

Sual, şərh və ya təklifləriniz olarsa, müştəri xidmətləri üçün qaynar xətt (400-830-8300/800-830-8300), onlayn müştəri xidməti və ya qlobal ofislərimiz vasitəsilə bizimlə əlaqə saxlayın. Ofislərimizdən ibarət tam siyahı üçün Huawei ilə əlaqə səhifəsinə daxil olun.

Məxfiliklə bağlı suallar səhifəsinə daxil olaraq əlaqə saxlaya biləcəyiniz şəxsi məlumatların qorunması üzrə xüsusi şöbəyə (və ya mütəxəssislərə) sahibik.

Adi şərtlər altında bir ay ərzində müraciətinizi cavablandıracağıq.

Cavabımızdan narazı qalsanız, xüsusən də, şəxsi məlumatlarınızı emal və ya idarə etməyimizin qanuni hüquqlarınızı və/və ya maraqlarınızı pozduğunu düşünsəniz, müvafiq yurisdiksiya nəzdindəki xalq məhkəməsində iddia irəli sürərək, şikayətinizi özünütənzimləmə sənaye assosiasiyasına və ya müvafiq hökumət tənzimləyici orqanına təqdim edərək və ya başqa vasitə ilə kənar həll yolundan istifadə edə bilərsiniz.

1. Şəxsi Məlumatlarınızı Necə Toplayır və İstifadə Edirik

Şəxsi məlumatlar dedikdə elektron qaydada və ya başqa bir şəkildə qeydə alınan, müəyyən bir fiziki şəxsi müəyyən etmək və ya fəaliyyətini əks etdirmək üçün ayrılıqda və ya digər məlumatlarla birgə istifadə edilə bilən məlumatlar nəzərdə tutulur.

Məxfi şəxsi məlumatlara şəxsi identifikasiya nömrəsi, şəxsi biometrik məlumatlar, bank hesabı nömrəsi, əmlak məlumatları, mövqelər, tranzaksiya məlumatları və 14 və daha kiçik yaşda olan uşaqların şəxsi məlumatları daxildir.

Şəxsi məlumatlarınızı yalnız bu Bildirişdə təsvir edilən aşağıdakı məqsədlər üçün toplayacaq və istifadə edəcəyik:

Əsas funksiyalar ilə təmin edilməyiniz

(1) Ehtiyat nüsxə və bərpa

Sizi ehtiyat nüsxə və bərpa xidmətləri ilə təmin etmək üçün aşağıdakı məlumatlarınızı toplamalıyıq:

Cihaz məlumatları, o cümlədən cihaz identifikatoru, əməliyyat sistemi, cihazın adı, cihazın modeli, cihazın IP-si və cihaz avadanlıq məlumatları (məsələn, CPU modeli və ROM/RAM məlumatları).

Kompüterin proqram təminatı məlumatları, o cümlədən HiSuite versiyası və əməliyyat sisteminin versiyası.

Yuxarıdakı verilənlər yalnız lokal qaydada saxlanılır və Huawei serverlərinə yüklənməyəcək.

(2) Mobil telefonun sistem yenilənməsi və bərpası

Sizi dərhal sistem yeniləməsi və bərpa xidmətləri ilə təmin etmək üçün aşağıdakı məlumatlarınızı toplamalaıyıq:

Cihaz məlumatları, o cümlədən cihaz identifikatoru, cihaz adı, cihaz modeli, cihazın CPU modeli, ROM/RAM məlumatları və sistem versiyası.

Kompüterin şəbəkə məlumatları, o cümlədən IP ünvanınız.

Bu məlumatları toplamaqda məqsəd cihazınız üçün uyğun ROM versiyası təmin etməkdir.

Şəxsi məlumatlarınızdan aşağıdakı üsullarla istifadə edəcəyik: Təmin etdiyiniz cihaz və sistem məlumatlarına əsasən cihazınız üçün uyğun ROM versiyasını tapmaq və işə salmaq, həmçinin ən son ROM versiyasını endirmək və sistemdə mövcud ola biləcək riskləri aradan qaldırmaq üçün icazənizi əldə etdikdən sonra sistemi yeniləmək.

Bu məlumatları təqdim etməsəniz, sisteminizi yeniləyə və mövcud təhlükəsizlik risklərini düzəldə bilməyəcəyik.

(3) Proqram yeniləmələri və endirmələr

Sisteminizdə quraşdırılmış proqramlar üçün yeniləmələri və endirmələri tətbiq etmək üçün aşağıdakı məlumatlarınız toplanmalıdır:

Proqram məlumatları, o cümlədən proqram adı və versiyası.

Cihaz məlumatları, o cümlədən cihaz identifikatoru və UDID.

Kompüterin şəbəkə məlumatları, o cümlədən IP və MAC ünvanınız.

Bu məlumatları toplamaqda məqsəd cihazınız üçün uyğun proqram versiyası təmin etməkdir.

Şəxsi məlumatlarınızdan aşağıdakı üsullarla istifadə edəcəyik: Təmin etdiyiniz proqram, cihaz və sistem məlumatlarına əsasən cihazınız üçün uyğun proqram versiyasını tapmaq və işə salmaq və icazənizi əldə etdikdən sonra proqramın ən son versiyasını endirmək.

Bu məlumatları təmin etməsəniz, proqramın ən son versiyasını tapa, yeniləyə və endirə bilməyəcəyik.

(4) Xidmətin təkmilləşdirilməsi

Sizi daha yaxşı xidmət təcrübəsi ilə təmin etmək üçün aşağıdakı məlumatlar toplanmalıdır: Proqram statistikası və HiSuite istifadə davranışı verilənləri. Bu məlumatları toplamaqda məqsəd cihazınız üçün uyğun proqram versiyası təmin etməkdir.

Şəxsi məlumatlarınızdan aşağıdakı üsullarla istifadə edəcəyik: Proqram statistikasına və HiSuite istifadə davranışları verilənlərinə əsasən sizi daha yaxşı istifadəçi təcrübəsi və fərdiləşdirilmiş məhsul və xidmətlər ilə təmin etmək.

Bu xüsusiyyətdən istifadəyə başlamaq və ya istifadəni dayandırmaq üçün sadəcə olaraq HiSuite-da Parametrlər > Ümumi bölməsinə keçin və İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi proqramı xanasını işarələyin və ya işarəni ləğv edin.

2. Məlumat Subyekti Hüquqlarınız

Siz məlumat subyekti hüquqlarından müvafiq qanunlara uyğun şəkildə yararlanırsınız. Məlumat subyekti hüquqlarınız barədə sual, şərh və ya təklifləriniz olarsa, bu Bildirişdəki əlaqə məlumatından istifadə edərək bizimlə əlaqə saxlayın.

3. Verilənlərin Saxlanma Yeri və Müddəti

(1) Verilənlərin saxlanma yeri

Mobil telefonun sistem yenilənməsi və bərpa xidmətləri çərçivəsində topladığımız və yaratdığımız şəxsi məlumatlar Çin Xalq Respublikasındakı serverlərdə saxlanılacaq

(2) Verilənlərin saxlanma müddəti

Şəxsi məlumatlarınızı yalnız zəruri olduğu müddət ərzində saxlayacaq və aşağıda qeyd edilmiş müddəti keçdikdən sonra, əksi müvafiq qanunvericilik və normativlərlə tələb edilmədiyi halda siləcək və ya anonimləşdirəcəyik.

Mobil telefonun sistem yeniləməsi və bərpa xidmətləri üzrə şəxsi məlumatlarınızın xüsusi saxlanma müddəti aşağıdakı kimidir:

Yuxarıdakı şəxsi məlumatlar bizimlə əlaqə saxladığınız sonuncu gündən sonra altı (6) ay ərzində silinəcək, bir şərtlə ki, bu dövr ərzində heç bir biznes əməliyyatı baş tutmasın.

Bundan əlavə, məhsul və ya xidmətlərimizin təminatını dayandırsaq, sizə məlumatlandırıcı bildiriş, elan və ya digər vasitə ilə bildirəcək və şəxsi məlumatlarınızı müvafiq vaxt çərçivəsində siləcək və ya anonimləşdirəcəyik.

4. Bu Bildirişə Yeniləmələr

Huawei lazım olduqda bu Bildirişi yeniləmək hüququna sahibdir. Dəyişiklik edildikdə sizə anidən görünən dialoq xanası formasında dəyişiklik ilə bağlı bildiriş göndərəcəyik. Şəxsi məlumatlarınızı razılığınız əsasında, yenilənmiş bildirişə uyğun olaraq toplayacaq, istifadə edəcək və saxlayacağıq.

Bu Bildiriş yeniləndiyi gündən etibarlı sayılır.

Son yenilənmə: 25 aprel, 2018

VACİB: Bu məxfilik bildirişi Huawei HiSuite proqramı üzrə məxfilik bildirişi və öhdəliklərdən ibarətdir. Məlumat subyektlərinin hüquqları, məlumat təhlükəsizliyi tədbirləri və digər təfərrüatlar üçün Huawei Consumer Business Məxfilik Bildirişini oxuyun.